Sentyabrın 25-də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi və “YARAT” Müasir İncəsənət Məkanının birgə təşəbbüsü ilə Bakı şəhərinin əsas istirahət mərkəzlərindən birində - Dədə Qorqud parkında 3D qraffiti layihəsinin açılışı olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva mərasimdə iştirak edib.
Layihə çərçivəsində çəkilmiş qraffiti əsərləri ictimaiyyəti ekoloji problemlər haqqında məlumatlandırmaq və insanların diqqətini bu problemlərə yönəltmək məqsədi daşıyır.
Açılış mərasimində bildirildi ki, gənc rəssamlar üçün yeni fəaliyyət istiqamətinin təbliği kimi Azərbaycanda ilk yerüstü qraffiti əsəri “Qafqazın böyük beşliyi”nə daxil olan heyvanları və onların qorunmasının vacibliyini özündə əks etdirir. Azərbaycan ərazisində məskunlaşan və nəsli kəsilmək təhlükəsi ilə qarşılaşan heyvan növlərinin qorunması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2012-ci ildə “Qafqazın böyük beşliyi” adlı layihəyə start verilib. Bu beşliyə qonur ayı, imperator qartalı, boz canavar, ceyran və Qafqaz bəbiri aiddir.
Hazırda Dədə Qorqud parkında sərgilənən əsərlərdən biri İngiltərədən dəvət olunan qraffitistlər – Eduard Şiron, Ceyms Titçner və Culiyan Fetin tərəfindən 3D formatında 5 gün ərzində işlənib. Burada xarici qonaqlarla yanaşı, Azərbaycandan olan qraffitistlərin Xəzər dənizinin ekoloji problemlərini, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə start verdiyi “Ağacların kəsilməsinə yox” proqramını əks etdirən əl işləri də vardır.
Yerüstü 3D qraffiti əsərləri ilə oktyabr ayına qədər tanış olmaq mümkündür.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.