20 və 21 iyun tarixlərində Ekspres Avtobus xidmətlərinə müəyyən dəyişikliklər ediləcək.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Cia.az-a verilən məlumata görə, iyun ayının 20 və 21-i keçiriləcək Bakı 2015 YolVelosiped Yarışı ilə əlaqədar olaraq, altı ekspres avtobus marşrutlarına X14, X15, X16, X18, X19, X20 müəyyən dəyişikliklər ediləcək.
20 iyun (05:30-dan 21:00-dək) və 21 iyun (03:30-dan 21:00-dək) X14, X15, X16, X18, X19, X20
Yuxarıda qeyd olunan saatlarda bu ekspres avtobuslar 28 May və Elmlər Akademiyası metro stansiyalarından deyil, Azneft dairəsindən heç bir ara dayanacağı olmadan xidmət göstərəcəklər. Tamaşaçılara Azneft dairəsindən yaxın olan İçəriŞəhər metro stansiyasından istifadə etmələri tövsiyə olunur.
Ekspres Avtobusların fəaliyyəti 20 və 21 iyun tarixlərində 21:00-dan əvvəlki qaydada bərpa olunacaq.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.