Nigar türkiyəli modellə olan münasibətindən danışdı- Foto
“Eurovision- 2011” birincisi Nigar Camal türkiyəli model Boğaç Aksoy ilə sevgi dedi-qodularına aydınlıq gətirib.
Türkiyə mətbuatına gizli sevgi yaşadıqları iddia edilən yazıya müğənni reaksiya verib.
Nigar Boğaçla sadəcə iki dəqiqə söhbət etdiyini bildirib:
“Ay balam bu nə deməkdir? Mən heç yazığı tanıyırdım ki? Hər beş dəqiqədən bir aşk, maşk, mışk, pışk... Keçən həftə Berksan idi, bu dəfə isə Boğaç. Gələn həftə bəs kim olacaq? Mənim yanımda duran hər kəslə sevgi yaşayacam? Camaatın işi-gücü yoxdur. Bir dəqiqlik söhbət zamanı çəkilən fotodan sevgi xəbəri çıxarılıb. Bununla əlaqədar olaraq çox üzülürəm”.
Qeyd edək ki, Türkiyə mediası Bodrumda olan Nigar Camalın model Boğaçla fotolarını yayımlamış, onların sevgili olduqlarını iddia etmişdi.
Xatırladaq ki, Boğaç Aksoy “Best model of Turkey- 2012” model yarışmasının üçüncüsü olub. O, Avropanın ən yaxşı modeli seçilib. Aksoy eyni zamanda aktyorluqla da məşğuldur.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.