Avstryalı idmançının vəfatı ilə bağlı - növbəti açıqlama nazirdən gəldi
“Dəqiqləşdirilməmiş məlumatların yayılması həm jurnalistika prinsiplərinə, həm də insani dəyərlərə ziddir”
Gənclər və İdman naziri iyunun 11-də Avropa Oyunlarının Atletlər Kəndində qəza nəticəsində yaralanmış avstriyalı idmançı Vanessa Sahinoviçin vəfat etməsi haqda yayılan xəbərlərə münasibət bildirib.
Azad Rəhimov APA-ya açıqlamasında bildirib ki, avstriyalı idmançı Vanessa Sahinoviçin səhhəti ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılması həm jurnalistika prinsiplərinə, həm də insani dəyərlərə ziddir: “Hesab edirəm ki, hər bir jurnalist, media orqanı öz fəaliyyətində jurnalistikanın peşəkarlıq, obyektivlik və qərəzsizlik kimi prinsiplərini rəhbər tutmalıdır. Təəssüf ki, bir sıra KIV-lər ayrı-ayrı daxili və xarici dairələrin maraqlarına uyğun olaraq l Avropa Oyunları kimi mühüm beynəlxalq idman tədbirinin əhəmiyyətini azaltmaq və bu məqsədlə yalan, dezinformasiya xarakterli məlumatlar yaymaq yolunu tutmuşlar. Buna görə də heç bir araşdırma aparmadan avstriyalı idmançının ölüm xəbərini yayan media orqanlarının milli ruhdan, vətənpərvərlik hisslərindən məhrum olduğunu deməyə tam əsas vardır. Belə dezinformasiyalar l Avropa Oyunlarının keçirilməsi ilə bağlı iki il yarım ərzində reallaşdırılan böyük işlərə ləkə yaxmaq cəhdindən, bunda zəhməti olan insanlara hörmətsizlikdən başqa bir şey deyildir. Bu həm də humanizm prinsiplərinə ziddir, idmançının ciddi sarsıntı keçirmiş ailəsinə və yaxınlarına qarşı mənəvi zərbədir. Ümid edirəm ki, qarşıdan gələn dövrdə media l Avropa Oyunlarının əhəmiyyətini, bu mühüm idman tədbirinə bütün dünyada böyük diqqət göstərildiyini nəzərə alacaq və onunla bağlı məlumatların təqdimatına daha məsuliyyətlə yanaşacaqdır”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.