Araz Ağalarov Eminlə Leylanın boşanmasından danışdı
Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov oğlu Emin və Leyla Əliyevanın boşanmasından danışıb.
Cia.az-ın məlumatına görə, "Crocus Group"in prezidenti "Vedomosti" qəzetinə müsahibəsində oğlunun şəxsi həyatında baş verən bu hadisəyə münasibət bildirib.
"Mən çox təəssüf edirəm ki, belə alındı. İkisi də mehriban, pozitiv insanlardır. Görünür, nə isə alınmadı. Onlar çox gözəl münasibətdədirlər, birlikdə uşaqlarını tərbiyə edirlər"- deyən biznesmen, baş verənlərdən təəssüfləndiyini deyib.
Xatırladaq ki, prezident İlham Əliyevin böyük qızı, ictimai xadim Leyla Əliyeva və həyat yoldaşı Emin Ağalarov birlikdə boşanma qərarını veriblər. Bu barədə ilk olaraq xanım Əliyeva 30 may tarixində sosial şəbəkədə bəyan etmişdi. Leyla Əliyeva Emin Ağalarovla nikahını pozmaq qərarına gəldiyini belə bildirmişdi: “Azərbaycanda bir çoxları üçün sirr deyil ki, Eminlə nikahımız son illər formal xarakter daşıyır. Biz artıq çoxdan ayrı və müxtəlif şəhərlərdə yaşayırıq. Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb və mən nikahımızı pozmaq qərarına gəldim. Biz dost olaraq qalırıq”.
Leyla xanımın açıqlamasından sonra Emin bəy də məsələyə aydınlıq gətirib. O da ayrı şəhərlərdə yaşadıqlarını əsas gətirərək boşanma qərarını birlikdə verdiklərini yazıb: "Mənim səyahətlərim çox olur, biz ayrı şəhərlərdə yaşayırıq, oğullarım Bakıda, anası ilə birlikdə yaşayır. Çoxları üçün sirr deyil ki, son illər bizim Leyla isə nikahımız formal xarakter daşıyırdı. Biz çoxdan müxtəlif şəhərlərdə, ayrı yaşayırdıq. Boşanmamızı rəsmiləşdirməyin vaxtı gəlib çatdı və biz bunu etdik. Biz dost olaraq qalırıq və uşaqlarımızı birlikdə tərbiyə etməkdə davam edəcəyik".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.