banner
banner

Şou

“Toyum mediaya qapalı olacaq”

“Toyum mediaya qapalı olacaq”

Aparıcı İlkin Həsəni şəxsi həyatı ilə bağlı yazılan şərhlərdən şikayətlənib.

Cia.az-a açıqlama verən aparıcı şəxsi həyatı ilə gündəmə gəlmək istəmədiyini bildirib:

“Bütün jurnalistlərə müraciət etdim ki, mənim sosial şəbəkədəki paylaşımlarımdan xəbər hazırlamasınlar. Şəxsi həyat gizli olaraq qalmalıdır. Məni İnstaqramda sevənlərim, dostum olanlar izləyir. Nəyisə onlar üçün paylaşıram. Amma bunu xəbər edəndə, insanlar xoşagəlməz şərhlər yazırlar. Nişan, toy və digər əlamətdar hadisələr olanda mən bunu açıq deyəcəm. Yazacam ki, bu gün mənim toyumdur, filankəslə ailə qurmuşam. Hətta toy mediaya qapalı olacaq. Jurnalist dostlarım qonaq kimi dəvət olunacaqlar. Amma heç kim oradan xəbər hazırlamayacaq. Müəyyən fotolar, video olacaq ki, özüm jurnalistlərə təqdim edəcəm. Hələ ki, toy haqda düşünmürəm. Bu yay işlə bağlı çoxlu planlarım var”.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.