Meyxanaçı Namiq Qaraçuxurlunun ailəsində ağır itki baş verib.
Cia.az-ın məlumatına görə, sənətçinin nənəsi dünyasını dəyişib.
N.Qaraçuxurlu açıqlamasında nənəsinin iki ildir xəstə olduğunu deyib:
"Nənəmin 97 yaşı var idi. Son illər yataq xəstəsiydi. Ağrıları olurdu. On gündür dünyasını dəyişib. İnstaqramda paylaşım etmişdim ki, həyatımda baş verən hadisəyə görə uzun müddət paylaşım etməyəcəm. Bundan sonra da bir neçə gün şəkil yayımlamayacam. Efirlərə onsuz gec-gec çıxırdım. Yasda olduğum üçün bir müddət də ara verəcəyəm".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.