banner
banner

Sosİal

Bakıdan Türkiyəyə qatarla getmək olacaq

Bakıdan Türkiyəyə qatarla getmək olacaq

Sərnişin və yük lokomativlərin yenilənməsi istiqamətində 2016-2018 illər proqramına əsasən dəmiryol nəqliyyatında yenidənqurma işlərinə start verilib. 

ANS TV-nin məlumatına görə, bunun üçün artıq Bakıya bu il ikimərtəbəli qatar gətirilib. Yeni qatarların hərəkəti üçün energetika və rabitə, siqnalizasiya xəttləri yenilənir. Bu işlər isə Böyük- Kəsik stansiyasından başlayaraq Bakıya qədər həyata keçirilir. Yenilənən dəmiryol xətti bir dispetçer pultu vasitəsilə idarə olunacaq. Bu işlərdən sonra 50 ədəd dəyişən cərayanlı yük və sərnişin lokomitivlərini də dəmiryol relslərində görmək olacaq. 

“Azərbaycan Dəmiryolları”Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun dediyinə görə, bütün bu işlər çərçivəsində gələn il Qazaxıstandan 10 ədəd manevr tipli teplavoz gətiriləcək ki, onlar da yalnız stansiyalar arasında fəaliyyət göstərəcək. 

Bundan əlavə ölkəyə 300 ədəd yeni yük vaqonları gətirilib. Daha 30 ədəd Avropa standartlarına cavab verən sərnişin vaqonlarının gətirilməsi nəzərdə tutulur. Bu işlər başa çatdırılandan sonra, gələn il Türkiyəyə sürətli qatar vasitəsilə gedib-gəlmək mümkün olacaq.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.