Silahlı hücum nəticəsində başından yaralanan və 37 gündür ki, komada olan gənc müğənni Mutlu Kaya gözlərini açıb. Səs yarışmalarından biri ilə tanınan və müğənni Sibel Canın “vəlihədim” adlandırdığı Mutlu ayıldıqdan sonra palatada media nümayəndələrinin qarşısına çıxıb. Güllələndikdən sonra ilk dəfə görüntülənən M.Kayanın səhhətinin getdikcə yaxşılaşdığı bildirilir.
Mutlunun atası jurnalistlərə açıqlamasında qızının hələ danışa bilməsə də, demək istədiklərini jestləri ilə başa saldığını söyləyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.