banner
banner

Sosİal

Bu kəndlərə təbii qaz verildi

Bu kəndlərə təbii qaz verildi
Sabirabad rayonunun Kovlar və Qəzli kəndlərinə təbii qazın verilişi bərpa edilib. 
Cia.az SOCAR-a istinadən xəbər verir ki, bu gün Sabirabadın Kovlar və Qəzli kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. Açılış mərasimlərində rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, kənd sakinləri iştirak ediblər. 472 abonenti olan Kovlar kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında uzunluğu 35363 metr olan daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 472 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Qəzli kəndinin 646 abonentinin qazlaşdırılması üçün də birpilləli sistem əsasında uzunluğu 2874 metr olan müxtəlif diametrli polietilen və uzunluğu 47522 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 646 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.