Qərb mediası son dövrlərin ən qalmaqallı iddiasını ortaya atıb. Cia.az-ın məlumatına görə, "İn Touch" jurnalı aktrisa Ancelina Coli və aktyor Bred Pitin boşanma ərəfəsində olduğunu yazıb. Tanınmış cütlük keçən il baş tutan toylarından sonra münasibətlərində ciddi problemlər yaşayırlar. Toydan sonra Ancelina Bredə daha çox nəzarət etməyə başlayıb. Əvvəllər Bred hər şeyə görə cavabdehliyi öz üzərinə götürməyi xoşlayırdı, lakin indi vəziyyət dəyişib.
B.Pit bütün bunlardan sonra boşanmaq qərarına gəlib. Jurnalın verdiyi xəbərə inansaq, o, artıq Coliyə hər şeyin bitdiyini deyib, çünki özünü xoşbəxt saymadığını və azadlıq istədiyini bildirib.
Qeyd edək ki, cütlük on il əvvəl "Mister və Missis Smit" filmində tanış olublar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.