banner
banner

Sosİal

Ramazan ayında toy etmək olarmı?

Ramazan ayında toy etmək olarmı?

Dini ekspert: “Gündüz süfrə açmamaq şərti ilə toy şənliyi mümkündür...”

Ramazan ayı İslam dünyasında müqəddəs aylardan biridir. Təsadüfi deyil ki, bu aya “11 ayın sultanı” da deyilir. Bu ay həm də xüsusi tərbiyəvi əhəmiyyətə malikdir. 

Orucluqda insanlar pisliklərdən uzaq durmağa çalışır, oruc tutur, digər vaxtlar spirtli içki qəbul edənlərin bir çoxu bu ayda oruc tutmasa da, alkoqollu içkilərdən uzaq durmağa çalışır. Ramazan yeganə aydır ki, mağazalarda spirtli içkilərin satışı bir qədər zəifləyir. Bu, həm də toy-nişan, yubiley və digər belə mərasimlərin keçirilməməsi ilə də bağlıdır. 
Ramazan ayı şadlıq evləri və restoranların da fəaliyyətinə təsir göstərir. Bakıdakı bir sıra restoran və şadlıq evlərində Ramazan başa çatanadək toy mərasimləri keçirilmir. Bəzi istirahət və əyləncə mərkəzlərində isə ad günləri, yubileylər və digər əyləncəli tədbirlər iftardan sonraya salınır.
Müqəddəs Ramazan ayında çoxlarını maraqlandıran və müzakirə mövzusu olan bir sual olur. Bu günlərdə toy etmək olarmı?
Dinşünas alimlər bildirirlər ki, Ramazan matəm ayı olmadığından toy mərasimləri keçirilə bilər. Ona görə də insanların müqəddəs orucluq ayında toy mərasimi keçirməkdən imtina edib-etməmələri onların öz işləridir. Bu il də Ramazan ayı yay aylarına təsadüf edir və iftar saat 21:30-dan sonra açılır. İftardan əvvəl isə insanları toya dəvət etmək məqbul sayılmır.
Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu Ramazan ayında toy etməyə icazə verildiyini bildirdi:“Ramazan ayında gündüz süfrə açmamaq şərti ilə toy etmək olar. Şeyxin fətvasında da var ki, Ramazan ayında toy, nişan və digər məclislərin keçirilməsi ilə bağlı qadağa yoxdur. Yalnız ümumi qaydaya əsasən, Ramazan günlərində, yəni gündüz saatlarında süfrə açmaq bəyənilmir. Bu səbəbdən mübarək ayda bu cür məclislərin yalnız axşam saatlarında, yəni iftardan sonra təşkil olunması tövsiyə olunur. Bu şərtlər təkcə toy yox, digər məclislərə də şamil edilir. Yas və ehsan mərasimlərində də süfrənin yalnız iftar vaxtı qurulması tövsiyə olunur. Ümumiyyətlə, Ramazan ayında məclis qurarkən ya da mərasim təşkil edərkən oruc tutanları nəzərə almaq məsləhətdir”.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.