banner
banner

Sosİal

Rayon sakinlərinin orucu batil oldu

Rayon sakinlərinin orucu batil oldu

Türkiyə Şanlıurfa vilayəti Siverek rayonu sakinlərinin orucu batil olub. Cia.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, rayon ərazisindəki məscidlərdən birində şam azanı 19.57 yerinə 19.52-də oxunub. İlk azanın verilməsi ilə orucunu açan sakinlər ikinci azan səsi ilə şoka düşüblər. Rayon sakinləri müftiliyə zəng vuraraq baş verənlər barədə məlumat almağa çalışıblar. Müftilik əçəkdaşları tez açılan orucların pozulduğunu, 1 gün qəza edilməli olduğunu deyərək sakinlərdən üzr istəyib. 

“Təəssüflə bildiririk ki, tamamilə mexaniki olaraq baş vermiş bu səhvə əməkdaşımız yol verib. Diqqətsizlik edərək azanı tez oxuyan əməkdaşımız barədə araşdırma başladılacaq. Orucunu pozan vətəndaşlarımız isə ramazan ayından sonra 1 gün qəza orucu tutmalıdırlar. Baş verənlərə görə bütün vətəndaşlarımızdan üzr istəyirik”. 

Qeyd edək ki, Siverek rayonunun 240 minə yaxın sakini var. Erkən azanın hansı məsciddə verilməsi və nə qədər sakinə təsir etməsi barədə isə məlumat verilməyib. 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.