banner
banner

Sosİal

Bunu hamınızın oxumağınız vacibdir!- ciddi xəbərdarlıq

Bunu hamınızın oxumağınız vacibdir!-
Bəzi xəstəxanalarda əməliyyat olunmalı xəstə ilə əvvəlcədən psixoloji söhbətlər aparılmır. Nəticədə də xəstə stresli vəziyyətdə əməliyyata girir. Bu isə pasientin sağlamlığında müəyyən problemlər yarada bilər. Baş anestezioloq bununla bağlı ciddi xəbərdarlıq edir.
 
Bəzi səhiyyə müəssisələrində xəstələrin cərrahiyyə əməliyyatı stress vəziyyətində aparılır. Səbəb isə xəstənin əvvəlcədən psixoloji cəhətdən əməliyyata hazırlanmamasıdır.
 
Ölkənin baş anestezioloqu Aydın Qədirov bununla bağlı həyəcan təbili çalır. Onun sözlərinə görə, pasiyent əməliyyat üçün xəstəxanaya müraciət etdikdə onunla həkimlər psixoloji söhbət aparmalıdırlar. Çünki əməliyyat anında xəstənin psixi-emosional vəziyyəti əsas rol oynayır.
 
Baş mütəxəssis deyir ki, təcili əməliyyatlar istisna olmaqla, bəzi tibb müəssisələrində xəstələr elə müəssisəyə qəbul edildiyi gün də əməliyyat olunur. Ancaq qaydaya görə, cərrahiyyə əməliyyatı edilməli olan xəstə ən az 1 gün əvvəldən xəstəxanada yatmalıdır. 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.