Azərbaycanlı müğənni Elnur Hüseynovla türkiyəli model Sənəm Kuyucuoğlu Cihangirdə getdikləri bardan qovulublar. Sərxoş olan cütlük ətrafdakı insanlara söyüş söydüklərinə görə məkandan çıxarılıb. Bir qədər əvvəl narkotik asılılığından xilas olmuş Sənəmlə ölkəmizi bu il “Eurovision”da təmsil edən Elnur ayaq üstə durmaqda çətinlik çəkiblər.
S.Kuyucuoğlu paparassilərə “Kefim əladır, məni çəkməyin” deyib. Daha sonra cütlük yoldan keçən qıza “Bizə niyə baxırsan?!”, - deyə söz atıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.