banner
banner

Sosİal

“Metro qatarlarına kondisioner qurlaşdırılsın” - AKSİYA

“Metro qatarlarına kondisioner qurlaşdırılsın” -
Bir qrup gənc “facebook”-da sosial şəbəkə iştirakçılarını “Metro qatarlarına kondisionerlər qurlaşdırılsın” virtual aksiyasına qoşulmaya çağırıb.
 
Çağırışda bildirilir: “Sərnişin olaraq metro xidmətindən istifadə etmək mümkünsüz hal olub. Demək olar ki, bişmədən, başdan-ayağa tər olmadan, iyidən boğulmadan növbəti metro stansiyaya çata bilmirik. Hər gün metro qatarlarında bir neçə şəxsin ürəyi getdiyinin şahidi oluruq.
 
Qatarlarda kondisioner quraşdırıla bilməzmi? Xeyir ola, hər qatara 4 kamera quraşdıra bilirlər, amma kondisioner yox?! Hökumətin aidiyyatı qurumlarından tələb edirik, metro qatarlarında kondisionerlər quraşdırılsın! Tələbimiz virtualdır. Qoşulun, dostlarınızı dəvət edin və siz də tələb edənlərdən olun”.
 
Virtual aksiya ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ilə əlaqə saxladıq. O bildirdi ki, aksiyadan xəbəri yoxdur: “Əgər belə aksiya varsa, bu aksiyanın tələbinin həyata keçirilməsi real deyil. Çünki həmin qatarların texniki parametrində kondisioner zərurəti nəzərdə tutulmayıb. Hazırda yeni qatarların gəlməsi də gözlənilmir”.
 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.