banner
banner

Sosİal

Qonşusunun sevgilisini öldürən gəncin - Fotoları

Qonşusunun sevgilisini öldürən gəncin -

Bakıda sevdiyi qızla məhəllədə öpüşdüyünə görə onu öldürən gəncin fotolarını əldə etmişik.  Cinayəti törədən Kamran Həsənzadənin Facebook səhifəsini tapılıb. Kamranın şəkillərdən dindar olduğu görünür və onun əqidə dostları müxtəlif rəylər yazıblar. Qatilin dostları ona azadlığa çıxmağı arzulayıblar və bu əməlini dolayısı ilə namus, qeyrətin təmizlənməsi kimi təqdim ediblər.  Öldürülən 25 yaşlı Nazim Ələkbərovun sevgilisi Aysel isə baş verənlər barədəbu cür yazıb: "Nazimin sevdiyi qız mənəm və o, məni ötürən zaman öldürülüb. Əzabdan ölürəm. Bizi bu dünyada ayırdılar. İki ay yarım idi ki, bir-birimizi görmürdük. Mənə zəng etdi ki, gəl səni görüm. Bulvarda oturduq, əlimi ürəyinin üstünə qoydu və dedi ki, bax Aysel sən burdasan. Sonra gətirib evdə düşürdü məni. Dedim ki, sən get, mən özüm gedərəm, amma sözümə baxmadı. Biz blokda öpüşmədik. Yalan deyirlər. Sadəcə, onu qucaqlayıb evə getdim, 20 dəqiqə sonra eşitdim ki, bıçaqlayıblar. Nazimlə bir-birimizi çox sevirdik. Anası qoymur qəbrinə gedim. Dirisindən ayırdılar, ölüsündən də. Nazim, səni çox sevirəm, o dünyada görüşərik". Xatırladaq ki, N.Ələkbərovun sevdiyi qızı məhəlləsində ötürüb, sağollaşarkən öpüşdüyü bildirilir. Qız gedən kimi həmin məhəllədə yaşayan 24 yaşlı Kamran Həsənzadə onun qarşısını kəsib. Məhələdə öpüşməyi ona irad bildirərək qətlə yetirib.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.