banner
banner

Sosİal

Bakıda bu şəxslər cərimələndi

Bakıda bu şəxslər cərimələndi

Antisanitar şəraitin ən çox rast gəlindiyi məkanlardan biri də çimərliklərimizdir. Özəl obyektlərdə vəziyyət elə də pis olmasa da, ümumi istifadədə olan çimərliklər demək olar ki, acınacaqlıdır. Əlbəttə ki, başqasında günah axtarmayaq. Nə yeyirsə qalıqlarını ətrafa atmaq sanki çoxlarında vərdiş halını alıb.

Çimərlik mövsümünün başlanması ilə əlaqədar olaraq may ayının 15-dən start verilən montorinqlər davam edir.

Aparılan təkrar tədqiqatlar nəticəsində Səbail rayonu ərazisində olan Şıxov çimərliyi və Qaradağ rayonu ərazisində olan Sahil çimərliyi, respublikanın baş sanitar həkimin qərarı ilə vətəndaşların çimməsi üçün məqsədəuyğun sayılmayıb.

Səbəb isə bu ərazilərdə, labarator analizlər zamanı baktrioloji və taksioloji göstəricilərin normadan artıq olmasıdır. Eyni zamanda bu çimərliklər də vətəndaşların mədə-bağırsaq xəstəliklərinə tutulma ehtimalları yüksək hesab edilir.

Amma Abşeron çimərliklərində, şimal və cənub sahillərində aparılan analizlər, bu ərazidə yerləşən çimərliklərdən vətəndaşların tam səmərəli istifadəsinə imkan verir.

Bununla yanaşı Gigiyena və Epidemalogiya Mərkəzi tərəfindən məişət tullantılarının vaxtında daşınmaması, həmin ərazilərdə tez xarab olan ərzaq məhsullarının sanitar gigiyenik normalarda satışının aparılmaması və işçilərin tibbi müayinədən keçməməsilə əlaqədar olaraq bəzi sahibkarlar cərimələnib.

“Çimərlik ərazisində yerləşən istər ticarət, isrərsə də ictimai iaşə obyektlərinə mütəmadi olaraq bizim yerli şöbələrin əməkdaşları monitorinqlər hayata keçirir. Həmin ərazilərdə aşkar olunan nöqsanlarla əlaqədar lazımi tədbirlər həyata keçirirlər. Bu günə qədər ümumilikdə 14 nəfər olmaqla həm hüquqi, həm də fiziki şəxslərə qarşı cərimə tətbiq edilib”, – deyə mərkəzin şöbə müdiri Ziyəddin Kazımov bildirib.

Xatırladaq ki, bu qaydaları pozan şəxslər, İnzibati Xətalar Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, 100- 200 manat çivarında cərimə olunur. Aparılan monitorinqlər oktyabır ayının 15 kimi davam edəcək.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.