banner
banner

Sosİal

Nazirə hava proqnozlarına görə - Təşəkkür məktubu

Nazirə hava proqnozlarına görə -

Bakı Avropa Oyunları Əməliyyat Komitəsi “Bakı -2015 Avropa Oyunları” ərəfəsində göstərdiyi xidmətlərə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təşəkkür edib. 

Bu barədə Cia.az-a ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. O bildirib ki, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Atlet Xidmətləri və İdman Əməliyyatları Departamentinin müdiri Mark Honeybunn “Bakı-2015 Avropa Oyunları”ndan əvvəl və oyunların keçirildiyi müddətdə göstərdiyi meteoroloji və ekoloji müşahidələr, hava proqnozu və suyun analiz edilməsi xidmətlərinə görə Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırova təşəkkür məktubu göndərib. Məktubda deyilir:

“ Hörmətli cənab Nazir,

Bakı-2015 Avropa Oyunlarından əvvəl və oyunların keçirildiyi müddətdə Nazirliyinizin müvafiq qurumları tərəfindən göstərilmiş meteoroloji və ekoloji müşahidələrə, hava proqnozu və suyun analiz edilməsi xidmətlərinə görə Sizə öz təşəkkürümüzü bildirmək istəyirik.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Atlet Xidmətləri və İdman Əməliyyatları Departamenti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin oyunlara cavabdeh qurumları arasında hələ 2014-cü ilin noyabr ayından sıx əlaqələr yaradılmışdır. Məmnuniyyətlə bildiririk ki, yüksək professionallardan ibarət komandanızla ilk görüşdən qarşılıqlı inam və anlaşma əlaqələri yaranmışdır.

Oyunlar vaxtı Milli Hidrometeorologiya Departamenti əməkdaşlarının meteoroloji avadanlıqların quraşdırıldığı idman obyektlərində növbətçiliyi qrafikə uyğun təmin olunaraq meteoroloji məlumatlar və proqnozlar vaxtında BAOƏK-in mərkəzi qərargahına ötürülüb. Hava proqnozlarının yüksək keyfiyyətini əlavə qeyd edirik.

İlk Avropa Oyunlarının müvəffəqiyyətlə başa çatmasında Nazirliyinizin üzərinə düşən məsuliyyətli vəzifəni yüksək səviyyədə yerinə yetirdiyinizə və göstərdiyiniz dəstəyə görə Sizə və müəyyən etdiyiniz komanda üzvlərinə öz təşəkkürümüzü bildiririk”.

“Qafqazinfo”

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.