Sabah bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Cia.az-a verilən məlumata görə, iyulun 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində əsən şimal-qərb küləyi arabir güclənəcək. 

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-25˚, gündüz 27-32˚ isti olacaq. 

Azərbaycanın rayonlarında da iyulun 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, yağış yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 21-26˚, gündüz 32-37˚, dağlarda gecə 14-19˚, gündüz 22-27˚ isti olacaq.