İkinci dəfə ana olmağa hazırlaşan müğənni İradə İbrahimova ailə fotolarını yayıb. Hazırda Türkiyədə yaşayan ifaçı həyat yoldaşı və qızı ilə birgə çəkilmiş şəklini sosial şəbəkədəki səhifəsinə yükləyib.
Qeyd edək ki, İ.İbrahimova 2009-ci ildə Ceyhun İzer adlı türkiyəli iş adamı ilə ailə qurub. Cütlüyün İpək adlı bir qızı var. Hazırda hamilə olan ifaçı bir müddət öncə oğlu olacağını açıqlayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.