Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun nəzdindəki Nəbatat bağının su problemi hələ də öz həllini tapmayıb.
Virtualaz.org saytı həmin bağdan reportaj hazırlayandan sonra “Azərsu” ASC-dən məsələyə reaksiya gəldi. ASC bağa su verilməsində heç bir problem yaşanmadığını desə də deryaz.com saytının ötən gün yaydığı videodan məlum olur ki, problem hələ də öz həllini tapmayıb.
Bu məsələyə aydınlıq gətirmək üçün AMEA ilə əlaqə saxladıq.
Qurumun mətbuat katibi Baba Əliyev virtualaz.org saytına açıqlamasında dedi ki, həmin videogörüntülər həqiqəti əks etdirir və bağın su problemi var: “Biz də o videonu izləmişik. Orada əks olunan görüntlər doğrudur. Buna görə də problemlə əlaqədar olaraq müvafiq qurumlar - “Azərsu” ASC və Səbayel Rayon Sukanal İdarəsi ilə danışıqlar aparmışıq. Artıq həmin qurumlar tərəfindən işçi qrup yaradılıb və bağa əlavə su xəttinin çəkilməsi nəzərdə tutulur. Düşünürük ki, Nəbatat bağının su problemi tezliklə həll olunacaq”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.