Aktrisa Pamela Anderson Rusiya prezidenti Vladimir Putinə açıq məktubla müraciət edib.
“Malibu xilasediciləri” serialının ulduzu Putindən İslandiyadan Yaponiyaya gedən və göyərtəsində 1,7 min ton balina əti olan gəminin Şimal dəniz yolunu bağlamağı xahiş edib.
“Sizə şəxsi xahiş ilə və yer üzündən itmək üzrə olan balinalarının adından müraciət edirəm. Norveçin Tromse şəhərinin limanında olan Winter Bay gəmisinin göyərtəsində qanunsuz öldürülən 1,7 min tondan artıq balina əti var. “Winter Bay”in Rusiya sularından keçməsinə icazə verməyin”, - Anderson yazıb.
Hələlik Rusiya prezident administrasiyasının iyulun 5-də yazılan bu məktubdan xəbərdar olub-olmaması bilinmir.
Ekoloqların məlumatına görə, Sent-Kits və Nevisdə qeydiyyatdan keçən Winter Bay gəmisi əvvəllər göyərtəsində qeyri qanuni malların olmasına görə Süveyş və Panma kanallarına buraxılmamışdı.
Qeyd edək ki, Pamela Anderson heyvanların və ətraf mühitin qorunmasına verdiyi töhfələrə görə “Qrafinya Cilyo” tituluna layiq görülüb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.