İyulun 1-dən indiyədək, yəni 8 gün ərzində ilan sancması diaqnozu ilə xəstəxanaya 8 nəfər qəbul edilib. Hazırda 4 xəstənin vəziyyəti orta-ağırdır.
Bunu açıqlamasında Respublika Toksikologiya Mərkəzinin rəhbəri Azər Maqsudov bildirib.
A.Maqsudovun sözlərinə görə, əsasən Bakıətrafı kəndlərdə ilan sancmalarının sayı çox olur: “Gələnlərin əksəriyyəti Bakıətrafı kəndlərdən - Zirə, Güzdək, Maştağa və digər kəndlərdən olub. Ötən il apreldən ilan sancmalarına rast gəlirdik. Bu il isə havanın nisbətən mülayim keçməsi səbəbindən ilan sancmaları çox deyil. İyulun ikinci yarısından sonra və avqustda ehtiyatlı olmaq lazımdır”.
Qeyd edək ki, bölgələrdə də ilan sancmaları qeydə alınır. Ötən ay Tovuzda əkin sahəsində işləyən iki qadını ilan sancmışdı. Ay ərzində isə ümumilikdə 18 hadisə qeydə alınmışdı. Ötən ay ilan sancması diaqnozu ilə xəstəxanalara müraciət edənlərin ikisi azyaşlı olub.
A.Maqsudov qeyd etdi ki, yay mövsümündə əqrəb və qaraqurd sancması ilə bağlı da müraciət edilib. Əqrəb sancmasından 3, qaraqurd sancmasından isə 1 müraciət daxil olub.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.