banner
banner

Gündəm

Əflatun Amaşovun tənqid etdiyi səhifə kimindir?

Əflatun Amaşovun tənqid etdiyi səhifə kimindir?

Mətbuat Şurasının sədri Əflatun Amaşov Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun KİV rəhbərləri ilə görüşündə Facebookda yaradılan “Ümummilli paz” səhifəsindən şikayətlənmişdi.

O bildirmişdi ki, sosial şəbəkədə "Ümummilli paz" adlı profil açılıb, orada Vahid Mustafayevi, onu, Arif Alışanovu, Bəxtiyar Sadıxovu və digərlərini ittiham edirlər ki, guya hakimiyyət onları ömürlük icarəyə götürüb:
“Azərbaycan “Facebook” və digər sosial şəbəkələrin rəhbərləri ilə danışıqlar aparmalı, belə profillər bağlanmalıdır. Bağlanmasa, Azərbaycanda "Facebook" bağlanmalıdır. İnsanların ailələri, qohumları var, belə məqamlara yol vermək olmaz”. 
Azvision saytı isə həmin səhifə ilə bağlı araşdırma aparıb. Məlum olub ki, səhifənin adminləri “Movlan Aliyev” və “Ali Efandi” adlı istifadəçilərdir. 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.