Bir neçə gündür ki, sosial şəbəkələrdə Bakıya gətirilən yeni metro qatarlarının xətdən yığışdırılması barədə məlumat yayılıb.
Şəbəkə istifadəçilərinin sözlərinə görə, vaqonlar Avropa Oyunlarına görə müvəqqəti xəttə buraxılıb. Oyunlar bitəndən sonra isə qatarlar xətdə görülməyib.
Məsələ ilə bağlı Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxlanıb. O bildirib ki, yeni qatarlar xətdən çıxarılmayıb: “Bu qatarların sayı 3-dür. Ola bilsin ki, gec-gec xətdə görülür, amma işləyir. Biz əvvəl də demişdik ki, qatarlar Avropa Oyunlarından sonra sərnişinlərin istifadəsində olacaq”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.