Yanan binanın qarşısında etiraz- “Qəpik də almamışıq”+Video
Mayın 19-da Azadlıq prospektində yanan binada zərərçəkən 12 nəfər hələ də onlara dəyən ziyana görə kompensasiya ala bilməyiblər.
Cia.az xəbər verir ki, bu haqda AzadlıqRadiosuna onlar özləri məlumat verib.
Zərərçəkənlərdən 10 nəfərin avtomobilinə yanğın zaman xətər dəyib. Daha iki nəfərin isə obyekti - internet klub və inşaat malları mağazası hadisə zamanı zərər görüb.
Aksiyaçılar onlara dəyən maddi ziyanın ödənməsi üçün icra hakimiyyətindən tutmuş prezidentə və onun xanımına qədər müraciət etdiklərini bildiriblər. Amma bu günədək cavab almadıqlarını deyirlər. Zərərçəkənlər yaxın günlərdə aksiya keçirməyi düşünürlər.
Mayın 19-da Bakının Binəqədi rayonu Azadlıq prospektində 16-mərtəbəli binada baş verən yanğında 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Açılan cinayət işi üzrə 6 nəfər həbs olunub.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.