banner
banner

Sosİal

Vasif Talıbov yeni bayram təsis etdi

Vasif Talıbov yeni bayram təsis etdi

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada Dövlət Bayrağı gününün qeyd olunması ilə bağlı fərman imzalayıb.

CİA.Az azadliq.org-a istinadən xəbər verir ki, fərmana görə, hər il noyabrın 17-də Naxçıvanda Dövlət Bayrağı günü kimi qeyd olunacaq.

Fərmanda Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində mühüm yer aldığı vurğulanır : «Burada böyük dövlətçilik ənənələrinin əsası qoyulub. X əsrdə «Naxçıvan şahlığı», XII əsrdə Azərbaycan Atabəylər dövləti yaranmış, XVIII - XIX əsrlərdə «Naxçıvan xanlığı», XX əsrin əvvəlində Araz-Türk Respublikası fəaliyyət göstərmişdir. Azərbaycanın bu tarixi ərazisində formalaşan ən qiymətli sərvətlərdən biri də Naxçıvanın muxtariyyətidir. Naxçıvan Muxtar Respublikasının 1998-ci il Konstitusiyasında isə Naxçıvan muxtar dövlətinin rəmzlərinin Azərbaycan Respublikasının Dövlət Bayrağı, gerbi və Dövlət Himni olduğu təsbit edilmişdir».

Fərmanda qeyd olunur ki, Azərbaycan Xalıq Cümhuriyyətinin 9 noyabr 1918-ci ildə qəbul etdiyi üçrəngli bayraq ikinci dəfə Naxçıvanda - 1990-cı il noyabrın 17-də muxtar respublikanın Dövlət Bayrağı kimi qəbul olunub. Həmin günün dövlətçilik tarixindəki əhəmiyyəti nəzərə alınaraq bu fərmanın verildiyi qeyd olunur.

Noyabrın 17-də Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanının açılışı olub. Bayraq dirəyinin hündürlüyü 57 metrdir. Burada dalğalanan üçrəngli bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq dirəyinin pyedestalının altında Bayraq Muzeyi yaradılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.