Vyetnamın "VietJet Air" aviaşirkətinin yeni reklam kampaniyası ölkə telekanallarında yasaqlanıb. Qalmaqallı aksiya üçün hazırlanmış videokliplə posterlərin nümayişinin dayandırılmasına qərar verilib.
Milli.Az Thanh Nien News-a istinadən bildirir ki, aviaşirkətin yeni reklam kampaniyasında yarıçılpaq stüardessalar təyyarə salonunda bikinidə dolaşaraq potensial müştəriləri "VietJet Air"in xidmətlərindən yararlanmağa dəvət edirdilər.
Fotoları çəkilişlərdə iştirak etmiş model Nqok Trin Facebook-dakı profilində yerləşdirmişdi. Fotoçəkilişdən bəzi kadrlar sosial şəbəkələrdə yayılandan sonra qalmaqal qopub.
Vyetnamlılar bu "biabırçı, əxlaqsız reklam"ın yasaqlanmasını tələb etmişdilər.
"VietJet Air"in inkişaf departamentinin rəhbəri Vu Fam Nquen Tun üzr istəyib: "Bu fotolar hazırlıq versiyası idi və onlardan reklam kampaniyasında istifadə etmək niyyətində deyildik".
Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir.
Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.