banner
banner

Sosİal

Bu mağazalarda xarab mallar satılır- Siyahı

Bu mağazalarda xarab mallar satılır-

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir. 

Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı

Abşeron rayonunda

- Masazır qəsəbəsində Ramazan Xələfova və Ruslan Lətifova məxsus mağazalarda;

Zaqatala şəhərində

- Xətai küçəsi, 5 ünvanında Anar Ömərova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Binəqədi rayonunda

- Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində Rasim Cabbarova məxsus mağazada;

Yasamal rayonunda

- H.Zərdabi prospekti, 2 ünvanında Sabir Ramazanova məxsus mağazada;

Mingəçevir şəhərində

- 20 Yanvar küçəsi, 37 ünvanında Adil Abbasova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Xəzər rayonunda

- Buzovna qəsəbəsi, H.Eyvazov küçəsində Emin Məmmədova məxsus mağazada;

Binəqədi rayonunda

- Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində Rauf Quliyevə məxsus mağazada;

Tovuz rayonunda

- Dondar Quşçu kəndində Bəhruz Süleymanova məxsus mağazada;

Mingəçevir şəhərində

- 20 Yanvar küçəsi, 35/38 ünvanında Amil Həbliyevə məxsus mağazada;

Quba rayonunda

- H.Zərdabi qəsəbəsində Rauf Şixzadayevə məxsus mağazada;

Xaçmaz rayonunda

- Qaraqurtlu kəndində Ədilə Mustafayevaya məxsus mağazada;

- Xaçmaz şəhəri, 20 Yanvar küçəsində Elman Müslümova məxsus mağazada;

Cəlilabad şəhərində

- Cavadxan küçəsi, 3 ünvanında Vasif Kərimova məxsus mağazada saxlama müddəti ötmüş 

malların satıldığı aşkarlanmışdır.

Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Xatırladaq ki, istehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.