banner
banner

Sosİal

Qənd alarkən diqqətli olun!

Qənd alarkən diqqətli olun!
Standartlaşdırma, Metrologiya Və Patent Üzrə Dövlət Komitəsi paytaxtın Sabunçu rayonunda yerləşən və qənd istehsal edən müəssisədə reyd keçirib. Reyd sexdəki acınacaqlı vəziyyəti aşkara çıxarıb
Əlcəksiz əllər, marmeladın üzərinə yapışıb qalmış milçək və arılar, çirkab içində olan qablar və antisanitar vəziyyətdə doğranaraq qablaşdırılan qəndlər.
 
Görüntülər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkil etdiyi reyddəndir. Reyd paytaxtın Sabunçu rayonu Sabunçu qəsəbəsində yerləşən və Ömürxan Osmanova məxsus qeyri-qanuni qənd istehsalı ilə məşğul olan müəssisədəki acınacaqlı vəziyyəti üzə çıxarıb
 
Baxış zamanı istehsal olunan heç bir məhsulun uyğunluq sertifikatının olmadığı üzə çıxıb. Bununla yanaşı müəssisədə istehsalın kustar usulla həyata keçirildiyi aşkarlanıb
 
Reyd zamanı o da məlum olub ki, müəssisənin sahibi daha əvvəl vergidən yayınmaq məqsədilə sexin fəaliyyətinin dayandığını açıqlayıb, ancaq sonradan gizli şəkildə sexi işlətməkdə davam edib. Budəfəki reyddən xəbər tutan sahibkar isə müəssisəyə gəlməkdən imtina edib. 
 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.