banner
banner

Gündəm

Yaltada erməni azərbaycanlını qətlə yetirib

Yaltada erməni azərbaycanlını qətlə yetirib
Yaltada erməni öz həmyerlisinə qarşı etdiyi oğurluğa görə onu qınayan azərbaycanlını qətlə yetirib.
Cinayət şəhərin mərkəzi küçələrindən birində yerləşən “Puşkinski” bazarında törədilib. Bu barədə APA-ya Krımın azərbaycanlı icmasının rəhbəri Rəhm Hümbətov bildirib.        
Ürək nahiyəsinə endirilən bıçaq yarasından vəfat edən 1988-ci il təvəllüdlü Mehdiyev Rahil Əbdülrəhman oğlu Zərdab rayonunun Məmmədqasımlı kəndinin sakini olub.    
Hadisə şahidlərinin sözlərinə görə, azərbaycanlı bazarda erməninin öz həmyerlisindən 0,5 kiloqram  çiyələk oğurladığını görüb və onu oğurluğa görə məzəmmət etməyə başlayıb. “Bu səbəbdən onların arasında mübahisə baş verib. Mübahisəyə R.Mehdiyev müdaxilə edib. Ərazidən uzaqlaşan erməni az sonra hadisə yerinə bıçaqla silahlanmış üç həmyerlisi ilə dönüb. Onlardan biri dava zamanı bıçağı Rahilin ürəyinə sancıb. Ermənilər hadisə yerindən qaçarkən azərbaycanlının üzərindən qızıl boyunbağını və digər qiymətli əşyaları götürüblər”, deyə hadisə şahidləri bildiriblər. Rahil Mehdiyev aldığı bıçaq yarasından hadisə yerində keçinib.  
 
“Müstəntiqin arayışında qeyd olunub ki, Mehdiyev kəsilmiş-deşilmiş bıçaq yaralarından vəfat edib. Hazırda faktla bağlı CM-nin 105-ci maddəsi üzrə cinayət işi başlanıb. İş üzrə 15 il həbs cəzası nəzərdə tutulub”, deyə Rəhim Hümbətov bildirib.      
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.