Bakıda daha bir sürücü-polis davası – Yol bağlandı
Bakıda sürücüylə yol polisi arasında əlbəyaxa dava düşüb.
Cia.az AzNews.az-a istinadən xəbər verir ki, bu gün axşam saatlarında Babək prospektində yol polisi əməkdaşkarıyla sürücü arasında insident baş verib. 99 SG 640 nömrə nişanlı "Mercedess" markalı avtomobili idarə edən şəxs sənədlərini yol polisinə təqdim etməkdən imtina edib.Bu da tərəflər arasında mübahisəyə səbəb olub. Bir az sonra mübahisə əlbəyaxa davaya çevirilib.
Bundan sonra hadisə yerinə Post Patrul Xidməti çağırılıb. Onların sürücünü polis bölməsinə aparmaq cəhdləri davanı bir qədər də alovlandırıb. Sürücünü zərəsizləşdirmək üçün əraziyə 7 Post Patrul Xidməti maşını cəlb edilib.
Bir saata yaxın davam edən dava prospektdə hərəkəti tam məhdudlaşdırıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.