banner
banner

Sosİal

45 ölkədən Bakıya axın oldu

45 ölkədən Bakıya axın oldu

Bu gün Azərbaycanda Beynəlxalq Antikorrupsiya Akademiyasının üçüncü illik konfransı keçirilir.

ANS PRESS-in məlumatına görə, tədbirdə iştirak etmək üçün 45 ölkədən nümayəndə heyəti Bakıya gəlib.

Tədbirdən öncə qonaqlar və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, tədbir 3 gün davam edəcək.

Onun sözlərinə görə, tədbirin Bakıda keçirilməsi təsadüf deyil: Bu, Azərbaycanda korrupsiyaya qarşı mübarizə işlərinə verilən qiymətin təzahürüdür. Dünyanın 45-dən çox ölkəsindən, beynəlxalq təşkilatlardan qonaqlar Azərbaycana gəlib. Bir çox məsələlər müzakirə ediləcək”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.