banner
banner

Gündəm

Azərbaycan deputatının qızı fransalıya ərə getdi – Fotolar

Azərbaycan deputatının qızı fransalıya ərə getdi –

Milli Məclisinin sabiq deputatı, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Asəf Hacıyevin qızı Mənzər Hacıyevanın toyu olub. 

“Menzer Hajiyeva” kəlağayı brendinin dizayneri olan Mənzər Hacıyeva fransalı iş adamı Saşa Sebbaxla ailə həyatı qurub. Cütlüyün toyu ailə üzvləri və yaxın qohumların əhatəsində keçib. 

Qeyd edək ki, Saşa Sebbax Ekologiya və Bərpa Olunan Enerji Mənbələri sahələri üzrə peşəkar mütəxəssisdir. Mənzər və Saşa bir neçə il öncə Parisdə tanış olublar. Mənzər Hacıyeva uzun illər Nyu-Yorkda yaşayıb və Nyu-York Universitetində bakalavr təhsili alıb, daha sonra Parsons Dizayn Məktəbində moda tədqiqatları üzrə sertifikata nail olub. O həmçinin, Parisin Studio Berçot moda məktəbində təhsil alıb. Michael Kors, Zac Posen, Narciso Rodrigues və Lanvin kimi dünyaca məhşur brendlərinin dizayn-studiyalarında işləyib.

Xatırladaq ki, Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) baş katibidir. Baş katib seçildikdən sonra, bu ilin yanvarında onun deputat mandatına xitam verilib. Asəf Hacıyevin 3 övladı var. 

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.