banner
banner

Gündəm

Bakı rayon maşınlarının üzünə bağlanır- saat 07:00-dan 22:00-dək...

Bakı rayon maşınlarının üzünə bağlanır-

Bakıda Avropa Oyunları ərəfəsində paytaxt küçələrində nəqliyyatın normal hərəkətinin təşkil edilməsindən, şəhər qeydiyyatı olmayan və yük avtomobillərinin hərəkətinə məhdudiyyətlərin tətbiq olunması nəticəsində Bakı şəhərində atmosfer havasının avtomobillərin ixrac etdiyi dəm qazlarından təmizlənməsi, tıxacların aradan qaldırılması, eləcə də nəqliyyat səs-küyünün azalmasından razılıq edən və bu vəziyyətin il boyu saxlanılması ilə bağlı şəhər sakinlərinin Baş Dövlət Yol Polisi İdarəsinə və Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına çoxsaylı müraciətləri əsasında Komissiyada kompleks tədbirlər planı hazırlanır.

Bu barədə "Trend"ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, tədbirlər planına uyğun olaraq paytaxtda piyadaların və nəqliyyatın sərbəst hərəkətinin təşkili ilə əlaqədar artıq konkret işlərə başlanılıb: "Tədbirlər planına əsasən, Bakıda nəqliyyat sıxlığının minimuma endirilməsi istiqamətində görüləcək işlər təkcə şəhər qeydiyyatı olmayan və yük avtomobillərinin hərəkətinə məhdudiyyətlərin tətbiq olunması deyil, həm də paytaxt küçələrində avtomobillərin park edilməsi, ictimai nəqliyyatın və taksi fəaliyyətinin təkmilləşdirilməsi, xüsusi duracaqların, yerüstü piyada keçidlərinin yaradılması və digər vacib işlərin həyata keçirilməsindən ibarətdir".

K.Əliyev qeyd edib ki, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin, habelə ayrı-ayrı regionlarda qeydiyyatda olan minik avtomobillərinin saat 07:00-dan 22:00-dək paytaxta girişinə müəyyən məhdudiyyətlər tətbiq ediləcək: "Məhdudiyyətlər tətbiq ediləcək avtomobillərin minik və ya yük təyinatlı olmasından asılı olmayaraq, onlar paytaxtın giriş hissələrində təşkil edilmiş və hər bir lazımi şəraitlə təchiz olunmuş duracaqlarda ödənişsiz saxlanılmaqla sürücülərin və sərnişinlərin avtobuslarla ən yaxın metro stansiyasına çatdırılması təmin olunacaq. Düşünürük ki, hərəkət iştirakçıları vaxta, yanacağa, təmirə qənaət baxımından daha əlverişli olan ictimai nəqliyyat vasitələrinə, Sumqayıt sakinləri isə həm də sentyabr ayının 15-dən onların istifadəsinə veriləcək sürətli qatarlardan istifadəyə üstünlük verəcək və paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması nəticəsində yollardakı rahat və fasiləsiz hərəkətdən məmnuniyyətlə yararlanacaqlar”.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.