"Korrupsiyada vətəndaşlar özü günahkardır"- General Rəhimov
Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Azərbaycan Milli Mətbuatının 140 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən xidmətin rəisi, general-leytenant Arzu Rəhimov son illər Azərbaycan dövlətinin mətbuata xüsusi diqqət göstərdiyini bildirib.
A.Rəhimov rəhbərlik etdiyi qurumun mətbuatla sıx əməkdaşlıq etdiyini vurğulayıb: “Azərbaycan prezidenti cənab İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 140 illiyi ilə bağlı imzaladığı sərəncam 22 iyula verilən ən böyük töhfədir. Bizim Xidmət mətbuatla daha sıx əməkdaşlıq edir. Demək olar ki, mətbuatla əlaqələrimiz çox yaxşıdır. Ancaq mətbuatla əlaqələrimiz bundan da yaxşı olmalıdır”.
Xidmət rəisi qeyd edib ki, jurnalistlər neqativ hallara qarşı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə hərəkət etməlidirlər: “Hər bir qurumda çatışmazlıqlar var. O cümlədən də bizim xidmətdə müəyyən çatışmazlıqlar nəzərə çarpır. Bu sahədə də korrupsiya halları istisna deyil. Lakin buna ilk növbədə vətəndaşlar şərait yaradır. Belə hallara qarşı biz birlikdə mübarizə aparmalıyıq. Kim belə halla rastlaşsa, xəbər verməlidir".
A.Rəhimov daha çox işində dəqiq və düzgün olan media nümayəndələri ilə əməkdaşlığa üstünlük verdiklərini açıqlayıb: “Bizimlə kim dostluq edirsə, onunla dostluq edirik və edəcəyik. Kim dövlətçilik naminə bizə işimizdə kömək edirsə, biz də onlara işində dəstək olmağa hazırıq. Bəzi KİV-lər var ki, biz onları tədbirlərimizə bilərəkdən dəvət etmirik. Çünki deyilən sözləri təhrif edir, bilərəkdən dəyişdirərək insanlara çatdırırlar. Bəzi jurnalistlər bilmədiklərini yazanda bu, vətəndaşlar arasında narahatlıq və narazılığa səbəb olur”.
Mediada hərbi-vətənpərvərlik istiqamətində az təbliğat aparıldığını deyən A.Rəhimov bu sahəyə daha çox diqqət artırılmasını arzuladığını deyib.
Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə fəal əməkdaşlıq etdiklərinə görə bir qrup jurnalistə Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.