banner
banner

Gündəm

İş adamından Vergilər Nazirliyinə şok ittiham

İş adamından Vergilər Nazirliyinə şok ittiham

Hacı İbrahim Nehrəmli: “Vergilər Nazirliyi bizdən 36 hektar əvəzinə 500 hektar torpağın vergisini istəyir”

Beynəlxalq Bank işinə cəlb olunanlar sırasında məşhur iş adamı, “Avesta Conserni” MMC-nin rəhbəri Hacı İbrahim Nehrəmli də var. Bir müddət əvvəl onun rəhbərlik etdiyi şirkət Vergilər Nazirliyi və Bakı Şəhər Vergilər Departamentini məhkəməyə verib.

“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı Hacı ibrahimlə əlaqə saxlayıb, Vergilər Nazirliyinə qarşı iddianın qaldırılmasına səbəb olan hallarla maraqlanıb. İş adamı deyib ki, nazirlik “Avesta Conserni” MMC-dən nəzərdə tutulan vergidən artıq vəsait istəyir. Mübahisənin yaranmasına da səbəb budur: ““Xəzər adaları” 36 hektar sahədədir. Biz bu qədər su sahəsini torpaqla doldurmuşuq. Hazırda da orada iş aparırıq. Dövlətdən rəsmi şəkildə müvafiq sənədləri alıb Vergilər Nazirliyi əməkdaşlarına vermişik. Həmin sənəddə də göstərilir ki, biz ancaq 36 hektar torpağın vergisini ödəməliyik. Ancaq Vergilər Nazirliyi bizdən 36 hektar əvəzinə 500 hektarın vergisini istəyir. 
 
Bizdən su olan ərazilərin də vergisini istəyirlər. Ona görə də problemin aradan qaldırılması üçün məhkəməyə müraciət etmişik. Hətta iş üzrə biz apelyasiya mərhələsində də prosesi udmuşuq. Daha sonra onlar bizi Ali Məhkəməyə verib. İndi Ali Məhkəmə də işi yenidən apelyasiyaya geri qaytarıb ki, əgər burada qanunla vergi nəzərdə tutulmursa, o zaman sahibkar vergi verməməlidir. Hesab edirəm ki, Vergilər Nazirliyi bizdən qanunsuz olaraq əlavə pul tutub. Biz də ona görə Vergilər Nazirliyini məhkəməyə vermişik. Yəni Vergilər Nazirliyi bizdən qeyri-qanuni bir qəpik pul ala bilməz. Qanunda nə vergidirsə, onu almalıdır. Vergilər Nazirliyi 500 hektar ərazinin hamısından torpaq pulu tutur. Ancaq biz də onlara başa salmaq istəyirik ki, o ərazinin hamısı torpaq deyil, sudur. Torpaq yalnız 36 hektardır və biz də qanuna müvafiq həmin ərazinin vergisini ödəməliyik".
 
Qeyd edək ki, Hacı İbrahim Nehrəmli Beynəlxalq Bankdan götürdüyü krediti qaytarmamaqda suçlu bilinərək saxlanıb və sərbəst buraxılıb. Azad ediləndən sonra iş adamı mətbuata açıqlama verərək deyib ki, indiyə qədər “Xəzər adaları” proyektinə 1 milyard 161 milyon xərc çəkilib. Beynəlxalq Bankdan götürülərək proyektin gerçəkləşməsinə xərclənən vəsaitin böyük hissəsi qaytarılıb, hazırda banka 41 milyon borcu qalıb.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.