banner
banner

Gündəm

Azərbaycan Avropa tipli qatarlar istehsal edəcək

Azərbaycan Avropa tipli qatarlar istehsal edəcək
“Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin “Stadler Rail Group” şirkəti ilə əməkdaşlığı çərçivəsində Gəncədə yataq tipli qatarların istehsal edilməsinə başlayacaq.
 Bu barədə oxu.az-a “Azərbaycan Dəmir Yolları” QSC –nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, hazırda layihə üzərində işlər gedir:
“Yaxın gələcəkdə yataq tipli qatarlar istehsal edən zavodun tikintisinə başlayacağıq”, - deyə N.Əzməmmədov bildirib.
Mətbuat xidmətinin rəhbəri onu da əlavə edib ki, yaxın gələcəkdə bu qatarlar qonşu ölkələrə də satıla bilər: “Başlanğıcda bu qatarlar respublikanın təminatını ödəyəcək, yaxın gələcəkdə isə digər qonşu ölkələrə belə qatarların satışını həyata keçirəcəyik”.
 
N.Əzməmmədov zavodun tikintisi üçün kreditlərin cəlb edilməsini də istisna etmir: “QSC rəhbərliyinin apardığı danışıqların yekununda biz zavodun tinintisi üçün lazım olan maliyyə qaynağının mənbəyini açıqlayacağıq”, - deyə o əlavə edib.
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.