“Bakılı oğlanlar” komandasının üzvü Cabir İmanov ikinci dəfə ailə qurub. Cia.az-ın məlumatına görə, toy mərasimi dünən “Amburan Beach Club”da baş tutub.
Mərasimdə əməkdar artist Murad Dadaşov, müğənni Xəyyam Nisanov, meyxanaçı Namiq Qaraçuxurlu, “Bakılı oğlanlar” komandasının üzvləri Bəhram Bağırzadə, Emil Abbasov da iştirak edib.
Qeyd edək ki, bu C.İmanovun ikinci evliliyidir. O, budnan əvvəl Ayla Aslanova adlı xanımla ailə qurmuşdu. C.İmanovun ilk evliliyindən iki övldı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.