Lökbatanda iyulun 25-də Penitensiar Xidmətin maşını və minik avtomobilinin toqquşması ilə bağlı yeni məlumatlar bəlli olub.
Hadisə zamanı “Toyota” markalı avtomobildə olan Emil Həsənov qafqazinfoya mürəciət edib. O bildirib ki, hadisənin səbəbkarı sükan arxasındakı dayısı oğlu mərhum Hacıyev Elxan Əbülfəz oğlu olmayıb: “Medianın yazdığına görə, bizim maşın yüksək sürətlə əks tərəfə keçib və Penitensiar xidmətin maşını ilə toqquşub. Hadisə elə olmayıb. Orada yola əks istiqamətdə çıxmaq mümkün deyil. Orta xətdə dəmir maneə var. Biz sarı xətti keçib yolun sağında dayanmışdıq. Təhlükəsizlik kəmərlərimiz də taxılı idi, maşını da söndürməmişdik. Telefonda bir nəfərlə harada görüşəcəyimizi təyin edirdik. Mən elə telefonla danışan yerdə arxadan böyük zərbəylə vurulduğumuzu hiss etdim. Mən oyananda gördüm ki, məni çıxarıblar, dayımoğlu isə maşındadır. Maşında oturacağın ikisi də sınmışdı, Elxanın bədənində heç nə yox idi, ancaq başı arxa hissədən deşilmişdi. Təcili yardım maşını gəldi, ancaq xəstəxanada Elxanı xilas edə bilmədik”.
Emil Həsənov onu da vurğulayıb ki, hadisə ilə bağlı yayılan məlumatlarda mərhumun hadisədə günahkar kimi göstərilməsi onun ailəsinə pis təsir edir: “Biz istəyirik ki, hadisə olduğu kimi işıqlandırılsın”.
Qeyd edək ki, mərhum Elxan Hacıyev 1987-ci il təvəllüddür və ailəlidir. Onun 1 yaşında qızı və 7 yaşında oğlu var.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.