banner
banner

Sosİal

Biri 700, digəri 685 bal toplayıb- Gəncədəki bacı-qardaşın rekordu...

Biri 700, digəri 685 bal toplayıb-

Gəncədə yaşayan Qasımovlar ailəsinin sevincinin həddi-hüdudu yoxdur. Buna səbəb ailənin iki övladının bu il II qrupa keçirilən qəbul imtahanında yüksək bal toplamasıdır. 

Cia.az APA TV-yə istinadən xəbər verir ki,  Elçin və Gülcin orta məktəbi bir yerdə oxuyublar. Eyni qrupda imtahan verən Elçin 700 bal, bacısı Gulçin isə 685 bal toplayıb.

Elçin Gülçindən bir yaş kiçik olsa da, bağçaya bir yerdə gedib, orta məktəbi də bir yerdə oxuyublar. Gəncə şəhərindəki 1 saylı orta məktəbin məzunları olan abituriyentlər savadları, bilik və bacarıqları ilə digərlərindən seçilərək, hələ aşağı siniflərdən 2-ci qrup üzrə imtahan verib iqtisadiyyat təhsili almağı arzulayıblar. 

Yüksək bal toplayan bacı və qardaşın ən böyük arzusu ADA-nın tələbəsi olmaqdır. Lakın valideyn Ziyad Qasımov Elçin və Gulçinin ölkənin başqa nüfuzlu universitetləri arasında seçim edə biləcəklərini də istisna etmir.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.