Kök (plus-size) model Eşli Qrehem alt paltar kolleksiyasını reklam edib. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onun fotosessiyasında iştirak etdiyi "Addition Elle" markası avqustun 10-dan yeni kolleksiyasını satışa çıxaracaq. Eşli bundan əvvəl də bir neçə məşhur brend və jurnal üçün kamera qarşısına keçmişdi. O, bədəni ilə bağlı hər hansı bir kompleks keçirmədiyini, əksinə, kök qadınların da seksual görünməsinin mümkünlüyün vurğulamışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.