banner
banner

Sosİal

Abid Şərifov işçilərə maaş vermir- 4 aydır

Abid Şərifov işçilərə maaş vermir-

“Evrascon” ASC-nin işçiləri dörd aydır maaş ala bilmirlər. Onlar əməkhaqlarını ala bilməməklə bərabər, işdən qanunsuz olaraq çıxarılmaqla da hədələnirlər. Cia.az xəbər verir ki, şirkətin Qazaxıstanda çalışan işçiləri musavat.com-a bildiriblər ki, aylardır ki, maaş üzünə həsrətdirlər: “Artıq 4 aydır maaş ala bilmirik. Maaşların gecikməsi nəticəsində banklara olan kredit borclarımız gecikir. Nəticədə kredit faizləri çoxalır və biz kredit borclarını verə bilmirik”. 

Həmçinin işçilər bildirirlər ki, “Evrascon” ASC-də işçilərin hüquqları kütləvi şəkildə pozulur: “On iki saat iş rejimi, ezamiyyət və məzuniyyət hüquqları pozulur. İşçilər bayramlarda da işlədilir. Ayda 26-28 iş günümüz var. Dəfələrlə rəhbərliyə müraciət etməyimizə baxmayaraq, problemlərimiz həll edilmir. Əksinə, bizi işdən qovmaqla hədələyirlər”.

Bildirilir ki, Qazaxıstanda maaş ala bilməyən işçilərin sayı 500 nəfərə yaxındır: “Səbəb kimi pulun olmadığını göstərirlər. Maaşların nə zaman veriləcəyi də məlum deyil, heç bir dəqiq vaxt demirlər”. 

Bu ilin fevralında işçilər kütləvi şəkildə ixtisar da edilib: “Beş min nəfərin tən yarısı ixtisara düşdü. Biz Azərbaycanın dövlət başçısı İlham Əliyevə müraciət hazırlayırıq”.

Qeyd edək ki, tikini şirkəti olan “Evrascon”un böhran keçirdiyi bildirilir. İşçilərin tətilə başlayacağı da verilən məlumatlar arasındadır. Bu firma Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələrin həyata keçirilməsi ilə məşğul olan “Azərkörpü” ASC-dir, adını dəyişib. Bildirilir ki, ASC-nin fəaliyyətində ciddi maliyyə maxinasiyalarına yol verilib, milyonlarla vəsait təyinatı üzrə xərclənməyib. Şirkətin baş nazirin müavini Abid Şərifovun dəstəyi ilə fəaliyyət göstərməsi barədə məlumatlar da var. Şirkətin fəaliyyəti Azərbaycanla məhdudlaşmır və ölkə hüdudlarından kənarda da, məsələn, Rusiya, Qazaxıstan, Özbəkistan və sair kimi ölkələrdə infrastruktur obyektlərinin inşası ilə məşğuldur. Şirkət 2013-cü ildə şirkət adını dəyişərək, “Avro-Asiya İnşaat Korporasiyası” “Evrascon” ASC olub. 

Bir müddət əvvəl “meydan.tv” yazmışdı ki, A.Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızı “Evrascon” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir. Şərifovların “Evrascon” ASC-yə birbaşa bağlılığını onların seçici siyahıları üzrə qeydiyyat ünvanı göstəriciləri də təsdiq edir. Onların hər ikisi Bakı şəhəri, Azadlıq prospekti, ev 144, mənzil 73 ünvanında qeydiyyatdadırlar. Bu, reyestr göstəriciləri ilə eynidir.

“Azərkörpü” ASC-nin uzun illər bir çox dövlət sifarişlərini birbaşa və tender yolu ilə əldə etməsini həm biznes dairələri, həm də ictimaiyyət tikinti sektorunu “kurasiya” edən Abid Şərifov faktoru ilə əlaqələndirirdi. Çox da uzaq olmayan 2011-ci ildə şirkət 260,2 milyon manatlıq, 2012-ci ildə isə 302,3 milyon manatlıq iş həcmi yerinə yetirib. Həm Şərifov, həm də şirkətin özü təbii ki, himayədarlıq faktını hər zaman inkar edib.  

“Evrascon” ASC-nin nəzarət səhm zərfi (51,2 faiz) cəmiyyətin Müşahidə Şurasının sədri İsmayıl Əfəndi İsmiyevə məxsusdur. İsmiyevin Türkiyədə “Effendi İnternational Group” inşaat-sənaye şirkətinə, eləcə də vaxtilə “Texnomost” adını daşıyan “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi” MMC-yə sahib olduğu bildirilir. Bu şirkət həm də “EVRASCON” ASC-nin 16,89 faizinə nəzarət edir.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.