banner
banner

Sosİal

Prezident mükafatına namizəd olan 4 gənc alim

Prezident mükafatına namizəd olan 4 gənc alim

Azərbaycan Milli Elmlər Akademiyası “Gənclər üçün prezident mükafatı”na 4 gənc alimin namizədliyini irəli sürəcək. Bu haqda qərar AMEA Rəyasət Heyətinin noyabrın 19-da keçirilən iclasında qəbul olunub.

Modern.az xəbər verir ki, prezident mükafatına namizədlər AMEA İdarəetmə Sistemləri, İnformasiya Texnologiyaları institutlarının, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin və Gəncə bölməsinin elmi nəticələri ilə fərqlənən gəncləridir. Bunlar texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova, İdarəetmə Sistemləri İnstitutunun elmi işçisi Nərmin Rzayeva, Ədəbiyyat Muzeyinin elmi işçisi Kəmalə Nuriyeva və Gəncə bölməsinin elmi işçisi Elnur Həsənovdur.

Mükafatın məbləği 10 min manatdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.