banner
banner

Gündəm

AST Telmanın “Mardan Palace” otelinə yenə həbs qoyuldu

AST Telmanın “Mardan Palace” otelinə yenə həbs qoyuldu

Azərbaycan əsilli yəhudi oliqarx Telman İsmayılovun Türkiyənin Antalya bölgəsindəki lüks “Mardan Palace” otelinə yenə həbs qoyulub. 

Cia.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu dəfə otelə həbs qərarı “Mardan Palace”dən 2,2 milyon türk lirəsi (təxminən 800 min dollar) borcunu ala bilməyən “Art Décor” adlı şirkətin iddiası ilə çıxarılıb.

Borclunun əmlakına həbs qoyulması barədə qərar Kadıköy 3-cü İcra Dairəsi tərəfindən çıxarılıb və Antalya 6-cı İcra Dairəsinə icra olunmaq üçün göndərilib.

Xatırladaq ki, bundan əvvəl da “Mardan Palace” otelinə “Halk Bank”a olan borclarına görə həbs qoyulub və 1,4 milyard dollara başa gələn otel Antalya bələdiyyəsi tərəfindən 325 milyon türk lirəsi start qiymətinə hərraca çıxarılıb. İlk hərrac iyunun əvvəllərində keçirilməli idi. Lakin hərraca bir gün qalmış Telman İsmayılov banka borclu olduğu 100 milyon dolları ödəmək barədə razılığa gəlib və hərrac ləğv edilib.

Türkiyə  mətbuatı yazır ki, “Mardan Palace”dan borclarını tələb edənlərin sayı çoxdur. Hazırda Telman İsmayılovdan borclarını tələb edənlərin sayı 26-dır.

21 iddia üzrə əmlaka həbs qoyulması proseduru davam edir, 5 iddia üzrə isə prosedurlar dayandırılıb.

T.İsmayılovun biznesi hazırda ağır günlərini yaşayır və iş adamının həm Türkiyədə, həm Rusiyada çoxsaylı borcları var. O, Moskvada borclarının bir hissəsini qaytarmaq üçün daşınmaz əmlakını və torpaq sahələrini verib.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.