“Zahid Qaralov səhhətində problem yarandığından Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Zahid müəllimin səhhətində yaranan problemin nədən ibarət olduğunu isə bilmirik”.
Bunu Modern.az saytına hakim Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib.
Modern.az-a daxil olan məlumatda YAP-ın İdarə Heyətinin üzvü, keçmiş deputat Zahid Qaralovun vəziyyətinin qəflətən ağırlaşdığı və Mərkəzi Klinik Xəstəxanada hətta üzərində ağır əməliyyat keçirildiyi bildirilir. Mərkəzi Klinik Xəstəxanadan Z.Qaralovun əməlliyat keçirdiyini təsdiqləsələr də, bu haqda məlumat vermək istəməyiblər.
Zahid Qaralov 1934-cü ildə Gürcüstanın Başkeçid rayonunun Ormeşən kəndində anadan olub. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. Məşhur “91-lər”dəndir. Hazırda YAP-ın Səbail rayon təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvüdür.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.