"Hepsi" qrupunun birləşməsi yalan çıxdı: "Mümkün deyil..."
Keçən həftə Cemre Kemerin "Hepsi" qrupunun yenidən bir araya gələcəyi ilə bağlı dediklərini iddia edən xəbər doğru çıxmayıb. Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, qrupdan 2009-cu ildə ilk ayrılan üzvü Gülçin Ergül "belə bir şey ola bilməz" açıqlaması verib: "Qrupda yer almağım mümkün deyil". Bunun ardından Cemre və Yasemin Yürük də Tvitterdə sərt mesajlar yazıblar. Cemre belə bir şey demədiyini yazaraq bunu iddia edənlərə cavab verib.
"Kimsə bizim üzərimizdən reklam edir deyə ağzımdan çıxmayan cümlələri mənim adıma yazıblar".
Yasemin isə "Kimsə birləşmir, biz üçümüz də ayrılıqda yolumuza davam edirik" yazıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.