Gülben Ergen və Demet Akalının uşaqları bir yerdə - fotolar
TV8 kanalının rəhbəri Acun İlicalının yeni layihəsi "Rising Star"ın ("Yüksələn ulduz") münsiflər heyəti olacaq müğənni Demet Akalın və Gülben Ergen bir araya gəliblər. Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, proqramı müzakirə etmək üçün Demet Gülbenin evində qonaq olub.
G.Ergenin oğulları Atlas, Aras, Güney və D.Akalının qızı Hira bütün günü əyləniblər. Analar uşaqların fotolarını İnstaqramda paylaşıblar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.