Füzulidən olan şagirdlər qəbul imtahanlarında yüksək nəticələr əldə edib.
Son 4 il ərzində rayonunun orta ümumtəhsil məktəblərinin məzunları qəbul imtahanlarında daha da yüksək nəticələr əldə edib.
Əgər 2011-2012-ci qəbul ilində rayondan 130 nəfər ali məktəbə qəbul olunmuşdusa, 2012-2013-cü ildə bu rəqəm 142 nəfər, 2013-2014-cü ildə 196 nəfər, 2014-2015-ci ildə 231 nəfər, 2015-2016-cı qəbul ilində isə 266 nəfər olmuşdur. O cümlədən 17 şagir Ali Hərbi məktəb və hərbi liseyə, 11 şagird Bədən Tərbiyəsi və İdman Akademiyasına, 7 şagird isə müxtəlif ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə daxil olub.
İllər üzrə ali məktəblərə daxil olanların sayında artım olduğu kimi yüksək bal toplayanların sayı da ilbəil artmaqdadır. Belə ki, əgər 2014-2015-ci qəbul ilində 23 şagird 500, bunlardan 6 şagird 600 baldan yuxarı nəticə göstərmişdisə, bu il ali məktəblərə sənəd verənlərin 43 nəfəri 500, 12 şagird isə 600 bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmaq imkanı qazanıb.
Qeyd edək ki, qəbulda ən yüksək nəticəni düşmən səngərinin bir neçə yüz metrliyində olan Şükürbəyli kənd orta məktəbi və məcburi köçkünlərin sıx məskunlaşdıqları Qayıdış qəsəbələrinin məktəbləri göstərib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.